
AFFA daha bir komandaya texniki məğlubiyyət verdi
- 14 Mar 2023 16:28
- 381
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Futzal üzrə Birinci Liqanın XIII turunun “Vifly” – “Alyans Qrup” oyununda “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmayıb. Buna görə “Alyans Qrup” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə İkinci Liqanın XIV turunun “Timsport” – “Metropoliten” oyununda “Timsport”un oyunçusu Quliyev Fərid oyunun 29:15 dəqiqəsində meydanı icazəsiz tərk etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.