Hazırda məhv olmaq ərəfəsində olan stadionlarımızdan biri də Buzovnadakı “Gənclik” stadionudur.

Rekord.az xəbər verir ki, bu stadion bir vaxtlar ölkə çempionatının güclülər dəstəsinə ev sahibliyi edib və Buzovnanın “Xəzri” komandası ev sahibi kimi rəqiblərini burada qəbul edib..

Hətta bir vaxtlar milli komandalarımız təlim-məşq toplanışlarını da burada keçirib.

Əldə etdiyimiz məlumata görə, AFFA bu stadionu almaq istəyir. Alıb yenidən təmir etməklə əvvəlki adını özünə qaytarmaq niyyəti ilə. Federasiya eyni zamanda bu stadionu yenidən millinin bazalarından birinə çevirmək istəyir. Düzdür, hələlik ortada real bir şey yoxdur. Sadəcə, federasiyada bu məsələ müzakirə olunub. Lakin hər şey stadionun sahib olduğu qurumdan asılı olacaq. AFFA arenanı havayı ələ keçirmək istəyir.