
AFFA Azərbaycanın futbol tarixində izi olan klubu necə aldadıb?
- 17 İyn 2023 11:00
- 1024
Məlum olduğu kimi, AFFA növbəti mövsümdən I və II divizionda mübarizə aparacaq komandaların adlarını açıqladı.
Rekord.az xəbər verir ki, Azərbaycan futbol tarixində izi olan, hələ sovet dövründən SSRİ çempionatının II dəstəsində oynamış Qazaxın "Göyəzən" komandasının adı bu siyahıların heç birində olmayıb.
"Göyəzən"in baş məşqçisi Elxan Muradovun sözlərinə görə, əslində hər şey əksinə olmalı imiş. Belə ki, onlar II Divizionda iştirak üçün AFFA-ya müraciət ediblər və federasiya da Qazax klubuna söz verib ki, onları da II Diviziona buraxacaqlar. Lakin siyahı açıqlananda məlum olub ki, "Göyəzən"in adı siyahıda yoxdur.