AFFA növbəti mövsümdən I Divizionda oynamaq istəyən klublar qarşısında qoyulan şərtləri dəyişməyəcək.

Rekord.az xəbər verir ki, 3 il "Region Liqası"nda iştirak tələbi qüvvədə qalacaq.

Bu tələbə uyğun gələn komanda, başqa bir tələbi, maliyyə təminatını da yerinə yetirməlidir. Yəni minimum 200 minlik bank təminatını federasiyaya təqdim etməlidir. Bunlara əməl etməyən komandalar I Diviziona buraxılmayacaq.