
Adil Şükürovun yerinə potensial namizəd
- 13:00
- 340
"Kəpəz"də işlər yaxşı getmir.
Rekord.az xəbər verir ki, onsuz da çətin durumda olan Gəncə təmsilçisi yeni mövsümün ilk turunda "Sumqayıt"a da böyük hesabla uduzdu.
Uğursuzluqlar davam edəcəyi təqdirdə baş məşqçi Adil Şükürovun gedəcəyi də qaçılmazdı. Onsuz da yerli azarkeşlər onun təyinatından narazdır. Bəs Şükürov istefa verəcəyi təqdirdə, onu kim əvəzləyə bilər. Əldə etdiyimiz məlumata görə, potensal namizədlərdən biri Azər Məmmədovdu. Onun yaxın günlərdə "Kəpəz" Futbol Akademiyasına rəhbər təyin olunması da təsadüfi deyil. Qoyublar ki, komandaya yaxın olsun, komandanı tanısın və sabah təyinat gerçəkləşərsə, işi çətin olmasın.