
Adil Şükürov "Turan Tovuz"dan gedir?
- 31 Mar 2022 16:00
- 794
«Turan Tovuz»un Futbol Akademiyasının baş koordinatoru Adil Şükürov buradan ayrılmağı qərara alıb.
Rekord.az xəbər verir ki, AFFA-nın gələn mövsüm Premyer Liqada iştirakına icazə verməsi gözlənilən əyalət təmsilçisində ikinci mövsümünü keçirən mütəxəssis 2 ay sonra bitəcək müqaviləsini uzatmamağı lazım bilib.
17 yaşlılardan ibarət yığmanın sabiq çalışdırıcı klub rəhbərliyi ilə görüşərək, Tovuzdan ayrılacağını diqqətə çatdırıb.