"Ankaragücü"dən ayrılan Xese Rodriqes karyerasını İtaliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 20 yaşlı futbolçu “Sampdoriya”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. A Seriyası komandası onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. "Sampdoriya" Xeseni azad agent kimi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti yayda daha 1 il uzadıla bilər.

Mövsümün əvvəlindən Türkiyədə çıxış edən Xese cari mövsümdə “Ankaragücü”nün heyətində 16 matçda 2 qol vurub. O, karyerası ərzində “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Sportinq”, “Stok Siti” kimi klubların da fromasını geyinib.

Xatırladaq ki, Xese Rodriqeslə bu qış fasiləsində Azərbaycanın "Sabah" klubu da maraqlanırdı.