
Acun 500 ingilis fanatı Türkiyəyə istirahətə göndərəcək
- 09 Apr 2022 14:22
- 451
İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcılı azarkeşlərə jest edəcək.
Rekord.az xəbər verir ki, o, klubun 500 fanatını yayda Türkiyəyə aparacaq.
Məlumatı İngiltərə mətbuatı yayıb. 5 ulduzlu oteldə qalacaq tərəfdarların bütün istirahət xərclərini Acun Ilıcalı qarşılayacaq.
"Hall Siti" 40 turdan sonra topladığı 41 xalla Çempionşipdə turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.