Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Çempionatındakı rəqibləri bəlli oldu. "Rekord.az" xəbər verir ki, komandamızın mübarizə aparacağı komandaların adları bir qədər əvvəl Serbiyanın paytaxtı Belqradda təşkil olunan püşkatma mərasimində müəyyənləşib.

Qitə birinciliyində iştirak hüququna birbaşa yiyələnən yığmamız final mərhələsində A qrupunda çıxış edəcək. Voleybolçularımız qrupdan çıxmaq üçün Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovina kollektivləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yarışda 24 yığma komanda 4 qrupda çıxış edəcək. Qrup mərhələsi avqustun 18-də start götürəcək. 28-30 avqust tarixlərində 1/8 final, 31 avqust-1 sentyabr tarixlərində isə 1/4 final qarşılaşmaları baş tutacaq. Sentyabrın 3-də yarımfinal oyunları təşkil olunacaq. Avropa çempionunun adı isə sentyabrın 4-də Serbiyada keçiriləcək final görüşündən sonra bəli olacaq. 

Yarışlar sentyabrın 4-dək davam edəcək. Ümumilikdə bu qitə çempionatında 76 oyun keçiriləcək.

 

Avropa Çempionatı, qruplar

A qrupu, Serbiya, Belqrad

Serbiya, Rusiya, Azərbaycan, Belçika, Fransa, Bosniya və Hersoqovina

B qrupu, Bolqarıstan, Plovdiv

Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çex Respublikası, Yunanıstan

C qrupu, Xorvatiya, Zadar

Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə

D qrupu, Rumıniya, Kluj-Napoka

Rumıniya, Türkiyə, Niderland, Ukrayna, Finlandiya, İsveç