AÇ: Azərbaycan boksçularının ilk rəqibləri bilindi
- 2022-10-14 13:30
- 435
Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Rekord.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.
Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.
Avropa çempionatı
15 oktyabr
1/8 final
Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)
17 oktyabr
1/8 final
Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)
19 oktyabr
1/4 final
Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)
21 oktyabr
1/2 final
Aynur Rzayeva (+81 kq) – Zayra Qarsiya (İspaniya)/Darya Kozores (Moldova)