
AÇ-2025: Millimiz Ukrayna və İngiltərəyə rəqib oldu
- 02 Fev 2023 15:16
- 398
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər veirr ki, Samir Əliyevin baş məşqçi olduğu komanda F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.
Xatırladaq ki, qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada keçiriləcək.