
Abramoviç indi də Türkiyədə klub almaq istəyir
- 26 Mar 2022 16:43
- 539
Rusiyalı milyarder, “Çelsi”nin sahibi Roman Abramoviç Türkiyədə futbol klubunu almaq fikrində deyil.
Rekord.az xəbər verir ki, bu barədə Abramoviçin nümayəndəsi məlumat verib.
Türkiyənin “Fanatik” qəzeti martın 23-də yazıb ki, “Göztəpə” klubunun sahibi Mehmet Sepil komandanı satmaq üçün Abramoviçin nümayəndələri ilə danışıqlar aparır.
Sepil “Göztəpə”ni 2014-cü ildə, 7,5 milyon dollara alıb. Sepil daha əvvəl Türkiyə çempionatındakı uğursuz çıxışına görə klub prezidentliyindən getdiyini açıqlamışdı.
“Göztəpə” Super Liqada 30 matçdan sonra 27 xalla 18-ci yerdədir.