
Abdullazadə Xorvatiya klubunda debüt etdi
- 01:26
- 37
Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” evdə “Osiyek”lə qarşılaşıb.
24 yaşlı yarımmüdafiəçi 0:0 hesabıyla başa çatmış bu görüşdə debüt imkanı qazanıb. O, 64-cü dəqiqədə meydana buraxılıb.
3 turdan sonra 2 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.