Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü AyşənAbduləzimova Türkiyə birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Sarıyer BLD" 8-ci tur çərçivəsində "PTT" klubu ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş "Sarıyer BLD" üçün uğursuz alınıb. Ayşən və rəfiqələri 3 hissə davam edən matçda quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19:25, 21:25, 22:25).

Komandasının xalsız qaldığı görüşdə millimizin üzvü 9 dəfə fərqlənib. Ayşən bu xallardan 5-ni hücumda, 4-nü isə blokda qazanıb.