Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarsıtan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 3-cü tur çərçivəsində "Fatum" klubu ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş "Vasas" üçün uğurlu alınıb. Rəqibə yalnız bir setdə uduzan Ayşən və rəfiqələri matçdan 3:1 (25:16, 18:25, 25:15, 25:16) hesablı qələbə ilə ayrılıblar. 

Komandasının növbəti xallarını qazandığı oyunda voleybolçumuz 9 dəfə fərqlənib. Abduləzimova xallardan 7-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.