İtaliya A Seriyasında fevralın ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az xəbər verir ki, bu, “Latsio”nun yarımmüdafiəçisi Luis Albertodur. 

Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb. Alberto fevralda “Latsio” ilə A Seriyasında iştirak etdiyi 6 oyunda 1 qol vurub.

A Seriyası koronavirus pandemiyasına görə martdan dayandırılmış, daha sonra isə mayda bərpa olunmuşdu.