İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Real” “Barselona”nı 4:0 hesabıyla məğlub edib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi 9 ildən sonra ilk dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

“Real” sonuncu dəfə 2013/14 mövsümündə ölkə kubokunun finalına adını yazdıra bilmişdi.

Madrid klubu finalda “Osasuna” ilə qarşılaşacaq. Turnirin həlledici matçı mayın 6-da keçiriləcək.