
7:0-lıq qələbədən sonra istefaya göndərildi
- 2023-03-31 18:15
- 156
İslandiya millisinin baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə yerli futbol assosoiasiyasının mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis 2020-ci ilin dekabrından milli komandanın baş məşqçisi idi.
İslandiya yığması onun rəhbərliyi ilə bir neçə gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində səfərdə Lixtenşteyni darmadağın edib – 7:0.