Türkiyənin “Yeni Malatyaspor” klubunda 4 futbolçunun koronavirus testi pozitiv çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klubun bütün kollektivinin koronavirus testi verdiyini, nəticədə dörd futbolçuda COVİD-19 aşkarlandığı diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar.

Qeyd edək ki, “Yeni Malatyaspor” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 29 oyunda 32 xal toplayıb və 21 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komanda aprelin 4-də səfərdə “Başakşəhər”lə qarşılaşmalıdır.