
25 ildən sonra eyni göstəricini təkrarladı
- 26 Mar 2023 16:00
- 359
İspaniya milli komandası AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda Norveçi məğlub edib - 3:0.
Rekord.az xəbər verir ki, bu qarşılaşma ispanların futbolçusu Xoselu üçün əlamətdar olub.
32 yaşlı hücumçu yığmanın keçmiş üzvü Fernando Moryentesdən sonra (1998-ci il) millidə debüt oyununda iki qol vuran ilk futbolçu olub.
Xoselu cari mövsümdə İspaniya La Liqasında “Espanyol”un heyətində 23 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.