2-ci Liqada fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
- 16 Mar 2026 19:00
- 119
Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Ağstafa Gəncləri" klubunun futbolçusu Əli Bağırov mükafatlandırılıb.
Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasından bildirilib.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XVIII turun "Ağstafa Gəncləri" – "Şirvan" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.