
-19 dərəcə şaxta iki futbolçunun səhhətində problem yaratdı VİDEO
- 04 Fev 2022 15:42
- 563
2022-ci il Dünya kubokunun seçmə mərhələsi zamanı öz meydanında Hondurası qəbul edən ABŞ futbolçuları rəqibinə 3 cavabsız topla qalib gəliblər.
Rekord.az xəbər verir ki, matçın Minnesotada -19 dərəcə şaxtada keçirilməsi qonaq komanda futbolçularının səhhətində ciddi problemlər yaradıb.
Qarşılaşmanın birinci hissəsindən sonra Honduras millisinin qapıçısı Luis Lopez və hücumçu Romel Kioto hipotermiyaya (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaran simptom) məruz qaldığı üçün meydanı tərk ediblər.