
18 yaşlı istedad Premyer Liqa klubunun transfer hədəfində
- 28 Mar 2022 19:00
- 533
“Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyo bu yay klubunu dəyişə bilər.
Rekord.az xəbər verir ki, portuqaliyalı "Liverpul”a keçməyə yaxındır.
“Liverpul” 19 yaşlı futbolçunu bu ilin yanvarında heyətinə qatmağa çalışsa da, transfer pəncərəsi bağlanana qədər onun keçidini həll etməyə vaxt tapmadı.
Karvalyo 2020-ci ildən “Fulhem”in əsas komandasında forma geyinir. O, Portuqaliyada anadan olsa da, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.