14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- 13:40
- 31
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 98 klub və idman cəmiyyətindən 423 cüdoçu (321 oğlan, 102 qız) ümumilikdə 18 çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, birincilik dekabrın 25-28-də təşkil olunacaq.