1/4 finala yüksələcək sonuncu komandalar müəyyənləşir
- 13:21
- 27
Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşəcək.
Rekord.az xəbər verir ki, 1/8 final mərhələsində 7 qarşılaşma baş tutacaq.
Almaniyada "Frayburq" Belçikanın "Genk" klubunu, Fransada "Olimpik" İspaniyanın "Selta" komandasını, Danimarkada isə "Midtyulland" İngiltərə təmsilçisi "Nottingem Forest"i qəbul edəcək.
İtaliyada "Roma" və "Bolonya" komandaları üz-üzə gələcək. Digər matçlarda isə "Betis" "Panatinaikos"la, "Portu" "Ştutqart"la, "Aston Villa" isə "Lill"lə qarşılaşacaq.
Ötən gün baş tutan matçda Portuqaliyanın "Braqa" klubu Macarıstan təmsilçisi "Ferentsvaroş"u iki oyunun nəticəsinə (0:2, 4:0) üstələyərək 1/4 finala yüksəlib.
Avropa Liqası
1/8 finalın cavab görüşləri
19 mart
21:45. "Frayburq" (Almaniya) – "Genk" (Belçika)
İlk oyun – 0:1
21:45. "Olimpik" (Lion, Fransa) – "Selta" (İspaniya)
İlk oyun – 1:1
21:45. "Midtyulland" (Danimarka) – "Nottingem Forest" (İngiltərə)
İlk oyun – 1:0
00:00. "Betis" (İspaniya) – "Panatinaikos" (Yunanıstan)
İlk oyun – 0:1
00:00. "Portu" (Portuqaliya) – "Ştutqart" (Almaniya)
İlk oyun – 2:1
00:00. "Roma" (İtaliya) – "Bolonya" (İtaliya)
İlk oyun – 1:1
00:00. "Aston Villa" (İngiltərə) – "Lill" (Fransa)
İlk oyun – 1:0