Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 14-cü turun bir oyunu Tovuzda, digər üç oyun isə Bakıda təşkil olunub.

Paytaxtda “Gənclər” - “DH Volley”,  “AZERRAIL” - “Abşeron” və  “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” qarşılaşmaları baş tutub. Tovuzda isə yerli "Turan" klubu UNEC-i qəbul edib. Bu matçlardan ikisində quru hesab, digər ikisində isə 3:2 hesabı qeydə alınıb 


 Yüksək Liqa

XIV tur

   “Gənclər” - “DH Volley” 0:3 (10:25, 11:25, 10:25)

   “AZERRAIL” - “Abşeron” 2:3 (25:19, 25:22, 11:25, 23:25, 14:16)

   “Turan” - UNEC 3:0 (25:10, 25:18, 25:14)

   “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10)