Həndbol üzrə Azərbaycan çempionatlarında 10-cu turun təqvimi açıqlanıb.

Rekord.az xəbər verir ki, bu gün startı veriləcək tura fevralın 11-də yekun vurulacaq.

Qadınların yarışında lider “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Bakı”nı sınağa çəkəcək. Mərkəzi oyunda 2-3-cü yerləri bölüşdürən “Azəryol” ilə “Kür” üz-üzə gələcəklər.

Kişilərin çempionatında isə lider “Kür” ən yaxın izləyicilərindən olan “Qarabağ”la qarşılaşacaq.

Qadınlar
6 fevral
15:00. “Bakı” – “Qarabağ”
17:00. “Gənclər Birliyi” – “İdman Akademiyası”
11 fevral
14:00. “Kür” – “Azəryol”

Kişilər
8 fevral
19:00. “Dinamo” – “Bakı”
10 fevral
10:00. “Azəryol” – “İdman Akademiyası”
12:00. “Qarabağ” – “Kür”