
Yevlax və İmişlidə ot örtüyü nə vaxta düzələ bilər? Mütəxəssis rəyi
- 10:00
- 77
Premyer Liqaya yeni vəsiqə qazanan klubların, konkret "Karvan" və "İmişli"nin meydança problemi xeyli vaxtdır müzakirə mövzusudu. I Liqa matçları zamanı ciddi çətinliyə çevrilən bu məsələ hələ də həllini tapmayıb. Məhz stadiona görə hər 2 klubun yeni mövsümü Bakıda açmaq, "Bayıl Arena"dan istifadə etmək fikirləri var.
Maraqlıdı, bir stadionun ot örtüyünün hazırlanması nə qədər vaxt çəkir ki, klublar bunu həll edə bilmir? "Rekord.az" olaraq bu sualla Azərbaycanda ot örtüyü deyiləndə yada düşən ilk və elə ən yaxşı, ən güclü mütəxəssis, ingiltərəli Fil Şarplsa müraciət etdik. Soruşduq ki, "İmişli və ya Yevlax stadionlarında ot örtüyünü hazır etmək nə qədər vaxt aparar?".
Cavabı belə oldu: "Ot örtüyünü dəyişmək və oyun oynanılmasına hazır vəziyyətə gətirmək 3 ay çəkir. Görüləcək işdən, meydançanın xüsusiyyətindən asılıdı. Bəzən buna 6 həftə - ayyarıma da nail olmaq olur. Başqa vaxtlarda 3 ay".