
“Turan Tovuz” - “Neftçi” oyununun biletləri satışda!
- 07 May 2025 14:00
- 57
Misli Premyer Liqasının 34-cü turunun “Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionumuzun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 10 may tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.