
“Şamaxı” və “Kəpəz”in əvəzediciləri cərimələndi
- 07 May 2025 14:40
- 55
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 33-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.
“Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.
“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.