“Sabahın ulduzları” Bakı kuboku keçiriləcək
- 15:39
- 35
AFFA-nın
qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun
olaraq
assosiasiya və Bakı Futbol Federasiyasının (BFF) birgə qərarı
ilə U-13 və U-14 yaş
qrupları üzrə
“Sabahın
Ulduzları” layihəsi
çərçivəsində
Bakı Kuboku uğrunda
yarışlara start veriləcək. 2026-cı
il mart ayının 4-5-də ilk turun oyunları keçiriləcək.
Yarışın əsas məqsədi paytaxtda, eləcə də ölkəmizin
hər yerində
futbolun təbliğinə
dəstək
olmaq, uşaqlara
milli ruhu aşılamaq, sağlam
rəqabətli mühit formalaşdırmaq, istedadlı
futbolçuları üzə çıxarmaq, onların
yaxın gələcəkdə peşəkar
futbolçu kimi yetişmələri
üçün şərait
yaratmaqdır.
Qeyd olunan yaş qruplarının hər birində
12 komanda mübarizə aparacaq. Yarışlara
PFK-
ları,
futbol məktəblərini
ölkə
çempionatında
təmsil edən, həmçinin idman prinsiplərinə və
“Sabahın
Ulduzları” Bakı
Kuboku uğrunda oyunların
Əsasnamə tələblərinə
cavab verən
komandalar buraxılacaq.
Birdövrəli
sistem üzrə
keçiriləcək yarışın əsas
mərhələsində ilk dörd pillədə
qərarlaşan
komanda yarımfinalda oynamaq hüququ qazanacaq.
“Sabahın
Ulduzları” layihəsi
təkcə yarış
xarakteri daşımır.
Bu, həm də uşaq
futbolunda
komanda ruhunun gücləndirilməsinə,
yetişən nəsildə
peşəkar təməl
prinsipləri ilə bərabər
idman mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
“Sabahın
Ulduzları” Bakı
Kuboku uğrunda yarış
mərkəzləşdirilmiş qaydada Bayıl
stadionunda keçiriləcək. Oyunların
canlı yayımı,
mətbuatda geniş
işıqlandırılması nəzərdə
tutulub.
İnanırıq
ki, yenidən bərpa olunan “Sabahın
Ulduzları” layihəsi
Bəhlul Mustafazadə,
Elvin
Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil
Balayev, Musa Qurbanlı, Coşqun
Diniyev,
Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş
Salyanski, Namiq Ələsgərov, Azər
Salahlı,
Murad Məmmədov və
digər futbolçuların,
Əliyar Ağayev kimi hakimlərin, eyni zamanda
gənc
məşqçilərin, klub idarəçilərinin
yetişməsində,
onların inkişafında
mühüm rol oynayacaq,
Azərbaycan
futboluna öz töhfələrini verəcək.