
“Qalatasaray”ın sabiq futbolçusu həbs cəzası aldı, şərti azadlığa buraxıldı
- 07 May 2025 20:00
- 66
Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Ümit Karana 1 il 8 ay həbs cəzası verilib.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri məlumat yayıb.
48 yaşlı keçmiş hücumçu "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittiham olunub. Yekun qərara əsasən Ümit Karan şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Ümit Karan 2001-2009-cu illərdə İstanbul təmsilçisinin formasını geyinib.