“Neftçi”nin sabiq hücumçusu Səudiyyə Ərəbistanında klubunu dəyişdi
- 14:20
- 30
"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya Səudiyyə Ərəbistanında klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu "Əl-Vəsl" klubundan "Şarja"ya icarəyə verilib.
Bu barədə "Əl-Vəsl"in mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, M.Saldanya 2025-ci ildən "Əl-Vəsl"in formasını geyinirdi. O, 2022/2023 mövsümündə "Neftçi"nin heyətində 17 matçda meydana çıxıb və 5 qol vurub.