
“Neftçi” və “Zirə”nin futbolçuları 2 oyunluq cəzalandı
- 07 May 2025 12:20
- 54
AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyev və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu iki oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Q. Alıyev Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz"la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bakı klubu buna görə 1500 manat cərimələnib.
E. Camalov "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verib və eyni halla üzləşib. "Ağ-qaralar" da eyni məbləği ödəməli olacaq.
"Turan Tovuz" və "Sabah"a 700 manat cərimə kəsilib. Bölgə təmsilçisinin dörd futbolçusu "Zirə" ilə qarşılaşmada, "Sabah"ın isə eynisayda oyunçusu "Araz-Naxçıvan"la matçda sarı vərəqə alıb.