Niderland kubokunun 1 /4 final mərhələsinin oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb.


Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Ozan Can meydana start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib. “Volendam” kubokla vidalaşıb.