
"Kəpəz"dən Rednik xəbərinə reaksiya
- 25 Apr 2025 11:00
- 1601
Son günlər Rumıniya mətbuatında "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yenidən Azərbaycana qayıdacağına dair xəbərlər yayılıb.
Rekord.az xəbər verir ki, Rednikin konkret olaraq, "Kəpəz"in baş məşqçisi olacağı yazılıb.
Biz isə məsələyə Gəncə klubunundan reaksiya öyrəndik. Klubun idarə heyətinin sədri İlqar Nadiri saytımıza açıqlamasında qısa və konkret cavab verdi: "Bu xəbər tamamilə reallıqdan uzaqdı".