
"Kəpəz" "Neftçi"nin bu futbolçusunu icarəyə götürmək istəyir
- 07 May 2025 15:00
- 400
Rafael Quzzo növbəti mövsümdən "Kəpəz"də forma geyinə bilər.
Rekord.az-a daxil olan məlumata görə, tez-tez zədələnən sözügedən futbolçu Samir Abasovun gələcək planlarına daxil deyil.
Lakin bir məsələ var ki, futbolçunun "ağ qaralar"la hələ 1 illik müqaviləsi var. Ya onunla təzminat məsələsində razılığa gəlinməlidir, ya da hansısa kluba icarəyə verilməlidir. Yeni sponsorla yeni mövsümə yeni komanda yığmağı hədəfləyən "Kəpəz" də "Neftçi"yə müraciət edib Quzzonu mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Tərəflərin mövsümün sonunda bu məsələ ətrafında müzakirə aparacağı gözlənilir.