"Mingəçevir" növbəti mövsümdə də Füzuli Məmmədovla yola davam edəcək.

Rekord.az-a daxil olan məlumata görə, son turda "İmişli" ilə heç-heçə oynayan Mingəçevir təmsilçisi I Liqada qalmaq məsələsini rəsmən həll etdi.

Beləliklə, Məmmədov da qarşısına qoyulan tələbi yerinə yetirdi. Məhz bu səbəbdən klub rəhbərliyi onunla müqavilənin müddətini uzatmağa qərar verdi və mövsüm bitəndən sonra anlaşma rəsmləşəcək.