
ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
- 10 Apr 2025 15:15
- 104
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, bu ada Deklan Rays ("Arsenal"), Alessandro Bastoni ("İnter"), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski ("Barselona") iddia edirlər.
Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.