“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə qarşılaşıb.


Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Cavadov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Gərgin və maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də fürsətlərimiz var idi. İstəməzdik məğlub olaq. Amma bu faktdır. Rəhbərlik necə qərar verəcəksə, mən də onun arxasındayam. Mənim getməyimlə nəsə düzələcəksə, hazıram.


Amma bu gün biz Premyer Liqada qalmışıq. Növbəti mövsüm burada olsam, o zaman Vaqif Cavadovun işinə qiymət verərsiz. Bu komandanı mən qurmamışam. Şans olarsa, futbolçuları dəyişərdim. Heç kimi aşağılamaq niyyətim yoxdur.


Yenə də deyirəm, mənim getməyim Azərbaycan, Sumqayıt futboluna xeyir verəcəksə, faydası olacaqsa, mən buna hazıram.


Bu gün məğlub olduq, doqquzuncu pilləyə düşdük. Bunun səbəbləri çoxdur və təkcə günahkar Vaqif Cavadov deyil. Bunun bir neçə səbəbləri var, mövsümün əvvəlinə baxmaq lazımdır. Bu komandanı mən yığmamışam. Əsas odur ki, komandanı Premyer Liqada saxladım. Rəhbərlik nə qərar versə, hər bir situasiyaya hazıram.


Neçə vaxtdır deyirsiz Vaqif Cavadov getsin. Azərbaycanlıları sevmirsizsə, qoy legioner gəlsin işləsin.


Mənim göndərdiyim mesajlar birbaşa rəhbərliyə ünvanlanıb.


Yerli futbolçuların əksəriyyətinin müqaviləsi bitmək üzrədir. Mən demirəm mənə bir mövsüm şans verilsin. Azər Bağırov (“Kəpəz”in baş məşqçisi) niyə istefa verməlidir ki? Bəli. Özümü tənqid edirəm. Səhvlərimiz çoxdur. Analiz edirsizsə, gedib Pro kateqoriyasını oxumalısız. Siz məni peşəkar şəkildə təhlil edə bilməsiz. Siz sadəcə jurnalist kimi qiymət verə bilərsiz. Sponsor məsələsini deyirsizsə, komandanın çox gözəl sponsoru da olub.


Azər müəllimin (Bağırov) də işi göz önündədir. Ona da, komandasına da uğurlar arzulayıram”.“Azərbaycanlıları sevmirsizsə, qoy legioner gəlsin işləsin” - Vaqif Cavadov


“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Cavadov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Gərgin və maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də fürsətlərimiz var idi. İstəməzdik məğlub olaq. Amma bu faktdır. Rəhbərlik necə qərar verəcəksə, mən də onun arxasındayam. Mənim getməyimlə nəsə düzələcəksə, hazıram.


Amma bu gün biz Premyer Liqada qalmışıq. Növbəti mövsüm burada olsam, o zaman Vaqif Cavadovun işinə qiymət verərsiz. Bu komandanı mən qurmamışam. Şans olarsa, futbolçuları dəyişərdim. Heç kimi aşağılamaq niyyətim yoxdur.


Yenə də deyirəm, mənim getməyim Azərbaycan, Sumqayıt futboluna xeyir verəcəksə, faydası olacaqsa, mən buna hazıram.


Bu gün məğlub olduq, doqquzuncu pilləyə düşdük. Bunun səbəbləri çoxdur və təkcə günahkar Vaqif Cavadov deyil. Bunun bir neçə səbəbləri var, mövsümün əvvəlinə baxmaq lazımdır. Bu komandanı mən yığmamışam. Əsas odur ki, komandanı Premyer Liqada saxladım. Rəhbərlik nə qərar versə, hər bir situasiyaya hazıram.


Neçə vaxtdır deyirsiz Vaqif Cavadov getsin. Azərbaycanlıları sevmirsizsə, qoy legioner gəlsin işləsin.


Mənim göndərdiyim mesajlar birbaşa rəhbərliyə ünvanlanıb.


Yerli futbolçuların əksəriyyətinin müqaviləsi bitmək üzrədir. Mən demirəm mənə bir mövsüm şans verilsin. Azər Bağırov (“Kəpəz”in baş məşqçisi) niyə istefa verməlidir ki? Bəli. Özümü tənqid edirəm. Səhvlərimiz çoxdur. Analiz edirsizsə, gedib Pro kateqoriyasını oxumalısız. Siz məni peşəkar şəkildə təhlil edə bilməsiz. Siz sadəcə jurnalist kimi qiymət verə bilərsiz. Sponsor məsələsini deyirsizsə, komandanın çox gözəl sponsoru da olub.


Azər müəllimin (Bağırov) də işi göz önündədir. Ona da, komandasına da uğurlar arzulayıram”.