
Azarkeşlər İspaniya klubunun bazasına hücum etdilər
- 11 May 2025 16:35
- 67
İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Rekord.az xəbər verir ki, hadisə sevilyalıların "Selta"ya uduzduqları (2:3) La Liqanın 35-ci turun oyunundan sonra baş verib.
Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbur qalıb.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
"Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.