
“Ayın qolu” layihəsində aprel ayının qalibləri bəlli oldu
- 17:00
- 34
Misli Premyer Liqasında, Birinci Liqada, həmçinin İkinci Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasında David Qomisin, Birinci Liqada İbrahim Əliyevin, İkinci Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.
İkinci Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.