"İnter"in argentinalı hücumçusu Lautaro Martines həmyerlisi Ernan Kresponun rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, 27 yaşlı forvard buna UEFA Çempionlar Liqasında 9-cu qolunu vurmaqla nail olub.


O, 2002/2003 mövsümündə Milan təmsilçisinin heyətində eyni sayda fərqlənən Kresponu yaxalayıb. Bununla belə, Martinesin qol sayına görə həmyerlisini qabaqlamaq şansı da var. O, turnirin həlledici mərhələsində daha bir neçə dəfə rəqib qapısına yol tapa bilər.


Lautaro Martines cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin bombardirləri siyahısında beşinci sırada yer alıb. Siyahıya 13 qolla Seru Qirassi ("Borussiya", Almaniya) başçılıq edir.