
Zubir "Nant"ın maraq dairəsində ÖZƏL!
- 31 Okt 2022 17:00
- 729
Kadi Borgestdən sonra "Qarabağ"ın daha bir futbolçusu Avropa klubarının maraq dairəsinə düşüb.
Rekord.az-a daxil olan məlumata görə, söhbət Abdulla Zubirdən gedir.
Saytımıza daxil olan məlumata görə, daha da konkretləşdirsək, söhbət Fransa klubarından gedir. Futbolçunun cari mövsüm uğuru çıxışı, xüsusilə "Nant"la oyunlarda özünü yaxşı tərəfdən göstərməsi ona vətəndaşı olduğu ölkələrin klublarında böyük maraq yaradıb. Etibarlı mənbədən ötürülən məlumata görə, biri I diviziondan, ikisi isə elitadan olmaqla 3 klub Zubirlə ciddi maraqlanır. Həmin klublardan birinin isə elə "Nant"ın özünün olduğu deyilir.
Qeyd edək ki, Zubir Mərakeş əsilli olsa da, Fransada doğulub, Fransa vətəndaşıdır və Ağdam klubuna da "Lans"dan gəlib.