“Zirə”nin qış toplanışı üçün 3 rəqib
- 19 Dek 2022 20:40
- 477
“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Rekord.az xəbər verir ki, yanvarın 2-də Antalyada bir araya gələcək "Zirə" burada “İC Green Palace” otelində məskunlaşacaq.
“Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.