
“Zirə”nin qapıçısı “Makkabi” ilə oyuna görə millimizdən ayrıldı
- 26 İyl 2022 13:15
- 454
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Rekord.az xəbər verir ki, "Zirə"nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.
Buna qolkiperin İsraildə "Makkabi”yə (Təl-Əviv) qarşı keçiriləcək Avropa Konfrans Liqasının 2-ci tərnifat mərhələsinin cavab oyunu üçün "Zirə"nin əsas komandasına cəlb edilməsi səbəb olub. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İyulun 28-də keçiriləcək “Makkabi” - “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.