"Zirə"nin məşqçiləri kubok matçında olmayacaq
- 16 Dek 2022 12:43
- 462
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində "Neftçi"nin qonağı olacaq "Zirə"də itkilər var.
Rekord.az xəbər verir ki, itkilər daha çox məşqçilərlə bağlıdır.
Belə ki, Rəşad Sadıqovun köməkçiləri Eltun Yaqublu ilə Vüqar Məmməd cəzalı olduqları üçün bu oyunda ehtiyat oyunçular skamyasında yer alamayacaq.