Əvəzedicilər Liqasında 5-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununda qalib müəyyənləşməyib. “Turan Tovuz-2” “Neftçi-2”-yə, “Sumqayıt-2” isə “Zirə-2”-yə uduzub.

Əvəzedicilər Liqası
5-ci tur

20 sentyabr

“Turan Tovuz-2” – “Neftçi-2” 0:2
Qollar: Nurlan Musayev, 15-pen. İsmayıl Qurbanlı, 77.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” 3:3
Qollar: Fərid Tağıyev, 37. Nuran Muradlı, 47. İftixar İbrahimov, 70 – Elton Mikayılov, 10; 67-pen. Cavid Məlikov, 83.

“Sumqayıt-2” – “Zirə-2” 0:3
Qollar: Nurhan Abdıyev, 57-pen. Əhliman Süleymanzadə, 72-pen. Elşən Abdullayev, 90+1.