“Zirə”dən ilk yoxlama oyununda Rumıniya təmsilçisi ilə məhsuldar heç-heçə
- 19:00
- 37
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" ilk yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Antalya şəhərində Rumıniyanın "Çiksereda" kollektivi ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.
“Qartallar" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.