“Zirə”dən ayrılan futbolçu 3-cü liqa klubuna keçdi
- 14:20
- 35
“Zirə”nin yollarını ayırdığı Vensan Till özünə yeni komanda tapıb.
Rekord.az xəbər verir ki, lüksemburqlu futbolçu Almaniyada oynayacaq.
O, 3-cü liqada çıxış edən “Valdhof Manhaym” klubu ilə anlaşıb.
Till mövsümün sonuna qədər Almaniya klubuna kömək edəcək.
Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi “Zirə”dən əvvəl “Sabah”da da oynamışdı.